Sumqayıtdakı Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib. Layihənin budəfəki konserti Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə həsr olunub.
Konsert layihənin rəhbəri Xalq artisti, professor Mənsum İbrahimov, Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar artistlər xanəndə Təyyar Bayramov, kamança ifaçısı Elnur Əhmədov və başqa ifaçıların iştirakı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib.
Vurğulanıb ki, “Gəncləşən muğam” layihəsi Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.
Tanınmış muğam ifaçılarının çıxışları alqışlarla qarşılanıb.
Nurəddin