14–19 may tarixlərində Tatarıstan Respublikasının paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu keçirilir.
Forumun əsas məqsədi Rusiya regionları ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin iqtisadi-ticari, elmi-texniki, sosial və mədəni əlaqələrinin möhkəmləndirilməsidir. Tədbirin proqramı 125 tematik sessiyadan ibarətdir.
Mayın 14-də forum çərçivəsində “Kazan” aqrosənaye parkında “Kazan Halal Market” beynəlxalq halal məhsullar sərgisi açılıb. Mayın 16-da forum çərçivəsində islam maliyyələşdirməsi sahəsində ekspertlərin görüşü keçiriləcək.
Proqramda İƏT ölkələrinin gənc sahibkarlar və gənc diplomatlar forumları, gənc aşpazların turniri və digər tədbirlər yer alıb.