Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib.

Çıxışlarda bildirilib ki, Ulu öndərin ölkəmizə rəhbərliyinin hər iki dövründə ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.

Həmçinin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, ekoloji maariflənmə və təbliğat yönündə Suraxanı rayon Heydər Əliyev Mərkəzində aparılan işlər, keçirilən tədbir və yaşıllaşdırma aksiyaları barədə də məlumat verilib.

Sonda qonaqlar Ümummilli liderin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.