Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 4 nömrəli kitabxana filialı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib.

15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, 61 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Beynəlxalq Ailə Gününün tarixi haqqında söz açıblar. Bildirilib ki, əlamətdar gün BMT Baş Assambleyasının qərarı ilə 1994-cü ildən etibarən qeyd olunur. Ölkəmizdə bu tarix 2008-ci ildən qeyd edilir.

Vurğulanıb ki, ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.