Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir.

Layihə üzrə Suraxanı rayon Heydər Əliyev Mərkəzində bədii qiraətçi, şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, Xəzər Süleymanlı gənc yaşlarından özünəməxsus səs tembri ilə bədii qiraətçi kimi tanınmağa başlayıb. Qeyd olunub ki, onun “Məni gözəl xatırla” adlı şeirlər kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Kitabda qiraətçinin son illərdə səsləndirdiyi ən məşhur şeirlər yer alıb.

Xəzər Süleymanlı ona məşhurluq gətirən şeirləri səsləndirərək tədbirə gözəl bir ovqat bəxş edib. O, həmçinin tədbir iştirakçılarının suallarını cavablandırıb.