Şirvan-Salyan və Mil-Muğan RMİ-lərin birgə təşkilatçılığı ilə Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbi Sabirabad rayon Mədəniyyət Mərkəzində “Yaşıl dünya naminə həmrəy olaq” adlı konsert proqramı ilə çıxış edib.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində gerçəkləşən tədbirdə Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsert proqramından əvvəl təşkil edilən ağacəkmə aksiyası zamanı 100-ə yaxın dekorativ və meyvə ağacı əkilib.

Ağacəkmədən sonra məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Daha sonra Salyan şəhər Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim olunub.

Konsertdə yerli və xarici bəstəkarların əsərləri, həmçinin aşıq havaları, xalq mahnıları ifa edilib, rəqs nömrələri təqdim edilib. Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Nurəddin