Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda muzey işi” adlı tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev mərkəzlərinin, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan İstiqlal Muzeyi, ev-muzeyləri və mədəniyyət evlərinin əməkdaşları iştirak ediblər.
Öncə tədbir iştirakçıları mərkəzdə hazırlanmış “Tarixi abidələrimiz” adlı sərgi ilə tanış olublar.
Sonra çıxış edən tədbir iştirakçıları ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Muzeylərin mədəniyyətin inkişafında, zənginləşdirilməsində, dünya xalqları arasında dialoqun qurulmasında, insanlar arasında əməkdaşlıq və sülhün bərqərar olmasında əsas vasitə olduğu diqqətə çatdırılıb.
Bədii hissədə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbi və 36 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan xalq musiqiləri və rəqsləri təqdim olunub.
Tədbirin sonunda qonaqlar Heydər Əliyevin zəngin dövlətçilik irsini əks etdirən ekspozisiya ilə tanış olublar.