Mayın 16-da Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin akt zalında Abdulla Şaiqin Mənzil-Muzeyi ilə liseyin 8c sinfinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik" adlı tədbir keçirilib.

Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin kollektivi, liseyin rəhbər və müəllim heyəti, valideyn və şagirdlər, digər qonaqlar iştirak ediblər.

Bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri, təbiətə qayğının vacibliyi haqqında müzakirələr aparılıb.

Muzeyin direktoru Ülkər Talıbzadə, Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) Nüvə və radioloji təhlükəsizliyin ekspert qiymətləndirilməsi və maarifləndirmə şöbəsinin müdiri Mətanət Qəhrəmanova və başqaları qlobal problemlər, təbiətin qorunması, yaşıllıqların bərpası ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində məktəblilər A.Şaiqin və digər ədiblərin təbiətə, ətraf mühitə həsr etdiyi müxtəlif bədii nümunələri səsləndiriblər.