Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin təşəbbüsü ilə "Bir ürək sevindirək!" adlı xeyriyyə yarmarkası keçiriləcək.

Kollecin II korpusunda (Bakı şəhəri Yəhya Bakuvi küçəsi 14A) təşkil olunacaq yarmarkada kollecin sosial iş ixtisası tələbələrinin hazırladığı yemək və əl işlərinin satışı, eyni zamanda əyləncəli proqram təqdim ediləcək.

Satışdan əldə olunan gəlir sosial təminatı aşağı olan tələbələrə sərf ediləcək.