M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tamaşa zalında tanınmış kamança ustası Nurəddin Bədəlovun (1914–1985) anadan olmasının 110 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
Tədbirdə şəhid valideynləri, sənətkarın yetirmələri, sənət dostları və ailə üzvləri, Şəkinin ziyalıları və digər şəxslər iştirak ediblər.
Əməkdar mədəniyyət işçisi Vaqif Kərimovun Nurəddin Bədəlovla bağlı çıxışı, qocaman incəsənət ustaları – tarzən Seyran Zülfüqarov və kamança ifaçısı Nurəddin Həmidovun milli alətlərimizlə çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
Tədbirin sonunda sənətkarın övladları çıxış edərək atalarının həyat və yaradıcılıq yolunun yüksək səviyyədə işıqlandırılmasında zəhməti olan şəxslərə təşəkkürünü bildiriblər.