Mayın 28-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın dünya şöhrətli "Turan" etno-folklor ansamblının konserti keçiriləcək.

Türk Mədəniyyəti və İrsi Fondunun və Qazaxıstanın Roza Bağlanova adına "Qazaxkonsert" Dövlət Akademik Konsert Təşkilatının dəstəyi ilə gerçəkləşəcək konsert Azərbaycanın Respublikasının Müstəqillik Gününə həsr olunacaq.

Konsertdə "Türk mədəniyyətinin təmsilçisi" fəxri titulunu daşıyan "Turan" ansamblının repertuarından kompozisiyalar, eyni zamanda təqdimatı bu ilin fevral ayında keçirilən “Tamyr” beşinci yubiley albomundan əsərlər təqdim olunacaq.