Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov, dosent əvəzi müəllim Samirə Əmirova, beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə 2-ci kurs magistrantları Aysu Nağıyeva və Ləman Vəlizadə Rumıniyanın Oradea Dövlət Universitetində olublar.

Bu barədə ATMU-dan bildirilib. ATMU əməkdaşları Şərqi Avropanın nüfuzlu ali təhsil ocaqlarından sayılan Rumıniyanın Oradea Dövlət Universitetinin rəhbər şəxsləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və davamlı inkişafı məsələlərini ətraflı müzakirə ediblər.

Qeyd edək ki, ATMU təhsil, təcrübə və təlim prosesinin uğurlu həlli kontekstində beynəlxalq əməkdaşlığın dinamik inkişafını diqqətdə saxlayır. Ölkəmizdə ilk dəfə olaraq Avstriyanın Krems İMC universitet ilə ikili diplom proqramından faydalanan ATMU Türkiyənin Osman Qazi Universiteti ilə də müvafiq layihənin icrası istiqamətində fəaliyyət göstərir. ATMU Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “ERASMUS+” proqramı çərçivəsində dünyanın bir sıra nüfuzlu ali məktəbləri ilə əməkdaşlıqda maraqlıdır.