AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “XIX–XX əsr Güney Azərbaycan el şairləri” antologiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən antologiya institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qəndab Haqverdi Əliyeva tərəfindən nəşrə hazırlanıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, ön sözün müəllifi Qəndab Haqverdi Əliyevadır.

496 səhifədən ibarət antologiyada 100 nəfər Güney azərbaycanlı el şairinin şeirləri onların həyat və yaradıcılıqlarına dair məlumatla birlikdə ye alıb.

Yeni nəşr Güney Azərbaycan ədəbi və folklor mühitində xüsusi əhəmiyyət kəsb edən el şairlərini tanıtmaqla bütöv Azərbaycanın zəngin xalq ədəbiyyatının ümumi mənzərəsini yaratmaq məqsədi daşıyır.