Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:

Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əliyeva Afət Əlixan qızı

Əliyeva Gülşən Şəfa qızı

 

“Tərəqqi” medalı ilə

Abdullayev Məhəmməd İzzət oğlu

Aslanov Ceyhun Xeyrulla oğlu

Ələkbərov Rüfət Nazim oğlu

Əliyeva Ülviyyə Kamal qızı

Həsənova Ayan Hümmət qızı

Kərimov Rəşad Əziz oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2024-cü il