Mayın 21-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqının dəstəyi ilə  “Portal 13” adlı sərginin açılışı olub.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan sərginin açılışında çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov, millət vəkilləri İlham Məmmədov, Ülviyyə Həmzəyeva, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, “Karvan Art Qrup”un yaradıcısı Cavid Məmmədov, Tacikistan Rəssamlar İttifaqının sədri Nərgiz Həmidova sərgi ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, sərginin əsas məqsədi ölkəmizdə incəsənət sahəsində çalışıb fərqli dəyərlərə sahib olan, özünəməxsus düşüncə tərzinə malik insanları müəyyən ideya ətrafında birləşdirməkdən ibarətdir.

Qeyd olunub ki, sərginin “qapı” və “giriş” mənasını verən adı (portal) nümayiş olunan əsərlərin tamaşaçıları başqa aləmə aparacağına işarədir. Sərgidə Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Cavid Məmmədov, Rauf Şamilzadə, Aynurə Mustafayeva, İntiqam Ağayev, Hüseyn Kəngərli, Murad Zeynalov, Vüsalə Şərifova, Röya Həsənova, Ülvi Yadigarlı, Vəfa Vəliyeva və qrupun ən gənc üzvü Günay Bəylərovanın işləri tamaşaçılara təqdim edilir.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Mayın 25-dək davam edəcək sərginin kuratoru sənətşünas Xanım Rzayevadır.

Lalə