Mayın 21-də Astara rayon Heydər Əliyev Mərkəzində Mirzə Ələkbər Sabir adına şəhər 1 nömrəli, Cəfər Cabbarlı adına Kakalos kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Narkomaniya bəşəriyyətin faciəsidir!” mövzusunda tədbir keçirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, baş fond mühafizi Elza Kazımova bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın fəsadları, onunla mübarizə tədbirlərindən söz açıblar.

Mövzu üzrə maarifləndirici videoçarx nümayiş olunub. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçıları mərkəzin rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən və elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxıblar.

Nurəddin