Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin (1934–2015) 90 illiyinə həsr olunmuş konsert keçirilib.
Əvvəlcə musiqişünas Güllü İsmayılova bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb.
Konsert proqramında Dövlət Mahnı Teatrının solistləri – Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, müğənnilər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov çıxış ediblər. İfaçıları teatrın instrumental ansamblı müşayiət edib.
Qeyd edək ki, müxtəlif janrlarda musiqi əsərləri yazan Ramiz Mirişlinin yaradıcılığında mahnılar xüsusi yer tutur. Bəstəkar dillər əzbəri olan “Bir könül sındırmışam”, “Dalğalar”, “Könül verdim”, “Sənsən ürəyim”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm?”, “Oxu, tar!”, “Səadət”, “Səni sevən baxışlar” və digər mahnıların müəllifidir.
Lalə