Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Roman@Big band”  adlı konsert proqramı təqdim olunub.

Mayın 25-də keçirilən konsertdə ukraynalı müğənni Roman Azərbaycanın Əməkdar incəsənət xadimi Əlibala Rzayevin rəhbərliyi ilə Dövlət Nəfəs Orkestrinin müşayiətində caz və estrada nümunələrini ifa edib.

Proqramda M.Maqomayev, F.Sinatra, C.Koker, T.Cons, E.Fitscerald və L.Armstronqun repertuarından mahnılar səslənib.

Roman “Ölkənin səsi 7” (Potapın komandası) televiziya şousunda iştirak edib, ölkəsində və xaricdə tanınıb.