Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə S.Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbinin Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti keçirilib.
Konsert Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə gerçəkləşib.
Konserti Xalq artistləri Ramiz Quliyev, Ağaverdi Paşayev, Yusif Axundzadə, rəsmilər, mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar izləyiblər.
Şagirdlər konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.
***
Baş idarənin tabeliyində olan R.Babayev adına 25 nömrəli onbirillik Musiqi məktəbində isə Müstəqillik Gününə həsr olunmuş hesabat konserti keçirilib.
Tədbirdə rəsmilər, musiqi və incəsənət məktəblərinin direktorları, musiqisevərlər iştirak ediblər.
Öncə Müstəqillik Gününün tarixi haqqında məlumat verilib və bayram münasibətilə təbriklər səslənib.
Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.