Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin uşaqlar üçün qələmə aldığı “Banuçiçəyin nağılları” (yaxud “rəngli yuxuları”) kitabı çap olunub.

Kitaba Banuçiçəyin 8 yuxusu daxildir. Hər yuxu işğaldan azad edilmiş rayonlarımızın tarixi, bu günü və gələcəyindən bəhs edir.

Müasir texnoloji üsullardan yararlanan müəllif uşaqların başa düşə biləcəyi dildə və formada doğma Qarabağımızı təsvir edir. Nağıl personajlarının da daxil edildiyi şəkilli, rəngli kitabda əsas obraz Sehrbaz Babadır.

“Qələm” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Dürdanə İbrahimova – Hüseynbəyli, rəssamı Şəlalə Rüstəmova, dizayneri Ömər Məmmədovdur.

Kitabın nüsxələrindən bir qismi şəhid və qazi övladlarına hədiyyə ediləcək.