Azərbaycan Milli İncəsənət Muzeyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə maraqlı proqram təqdim edəcək.

Muzeyin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaqların bayramına həsr olunmuş tədbirlərin proqramında iyunun 1-də tarixində fiziki məhdudiyyətli uşaqlar üçün ustad dərsi və “Meleks band” uşaq xorunun çıxışı nəzərdə tutulur. Həmin gün muzeydə “Uşaq obrazları təsviri sənətdə” adlı mühazirə təşkil olunacaq. Mühazirəni muzeyin Heykəltəraşlıq bölməsinin müdiri Sevda Şadlinskaya aparacaq.

“Yaşıl dünya naminə həmrəylik ili” adlı maarifləndirici proqram da (təqdimat, tematik ekskursiya, ustad dərsi) təşkil ediləcək.

“Muzeydə musiqi” layihəsi çərçivəsində “Bir uşağın pianosu” adlı konsert proqramı olacaq. Respublika və beynəlxalq müsabiqələr laureatlarının ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

“Muzeydə kino” layihəsi çərçivəsində isə nağıl-müzikl janrında istehsal olunan "Onun ürəyi" filmi nümayiş olunacaq.

Lalə