Mayın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Müstəqillik Günü münasibətilə konsert keçirilib.
Konsertdən öncə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova giriş sözü söyləyib. Sonra Dövlət Himni səsləndirilib. “28 May Müstəqillik Günüdür” adlı videoçarx nümayiş olunub.
Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının musiqi müəllimliyi şöbəsi tələbələrinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.