Mil-Muğan RMİ-nin təşkilatçılığı ilə “Hophopnamə” kitab mərkəzində jurnalist, yazar, mədəniyyət işçisi İradə Əlilinin 60 illiyi münasibətilə oxucularla görüşü keçirilib.
Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, Mil-Muğan RGİİ-nin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirin moderatoru Ağalar Ağammədov yazıçının həyat və yaradıcılığı barədə məlumat verib. Digər çıxış edənlər yaşarın yaradıcılığı haqqında söz açıb, təbriklərini çatdırıblar.
İ.Əlili görüşə görə təşkilatçılara və iştirakçılara təşəkkür edib, bir neçə şeirini səsləndirib. Müəllifin sözlərinə bəstələnmiş mahnılar ifa edilib.