Budapeşt şəhərindəki Yunus Əmrə İnstitutunda Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi, Macarıstandakı səfirliyimizin və Azərbaycan-Macarısan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi keçirilir.
Mayın 27-dən 31-dək davam edən sərgidə rəssamın “Qarabağnamə” silsiləsindən qrafik əsərləri nümayiş olunur.
Sərginin açılışında Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıqdan bəhs edib.
Arif Hüseynov sərgi barədə məlumat verib. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev isə rəssamın yaradıcılığından söz açıb.
Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, bu ölkədəki Azərbaycan diasporu təmsilçilərinin iştirak etdiyi tədbirdə Arif Hüseynovun əsərləri əsasında lentə alınmış “Qarabağnamə” adlı sənədli film də nümayiş etdirilib.