Azərbaycan Milli Kitabxanasında Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun (1929–2016) anadan olmasının 95-ci ildönümü ilə əlaqədar geniş kitab sərgisi təşkil edib.

Kitabxanadan bildirilib ki, sərgidə bəstəkarın həyat və yaradıcılığına həsr olunan Azərbaycan və rus dillərində ədəbiyyat nümayiş olunur.

Sərgidə həmçinin bəstəkarın kitabxananın fondunda mühafizə olunan əsərlərinin not yazıları da yer alır.

Sərgi bir həftə davam edəcək.