Uşaq Filarmoniyasının konserti

 

Mayın 31-də Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində “Sülh göyərçinləri” adlı konsert proqramı ilə çıxış edib.

Konsert 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə təşkil olunub.

Proqramda Dövlət Uşaq Filarmoniyasının qız və oğlanlardan ibarət rəqs ansamblı, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı, “Musiqili uşaq teatrı” maraqlı nömrələri ilə balaca dostlarının bayramını təbrik edib. Rəngarəng səhnə geyimləri, maraqlı çıxışlar bir-biri ilə əsl harmoniya təşkil edib.

Konsertin sonunda “Qoruyaq uşaqları” mahnısı ilə bütün iştirakçılar səhnəyə çıxıblar.