Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin müəllim və tələbə heyətinin "Ruhumuzun səsi" adlı konsert proqramı keçirilib.

28 May - Müstəqillik Gününə həsr olunan konsertdə kollecin xalq çalığı alətləri ansamblının müşayiətində Azərbaycan, həmçinin xarici bəstəkarların seçilmiş əsərləri və instrumental musiqi nömrələri müəllim və şagird heyəti tərəfindən səsləndirilib.

Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.

Nurəddin