Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "Yağışı sevməyən uşaq" adlı tamaşa nümayiş olunub. Səhnə işi 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunub.

Tamaşanın personajları Çeki, Portağal, Hikmət və İsi yağışın, ətraf aləmə faydası haqqında uşaqları məlumatlandırıb. Bildiriblər ki, torpağın canlanmasında yağışın önəmli rolu var.

Sonda uşaqlar sevdiyi personajlarla birlikdə, rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.