Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası dramaturq, ictimai xadim, Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan bildirilib ki, məlumat bazasında görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək, əsərlərindən nümunələr təqdim olunub. Həmçinin Vaqif Səmədoğlunun yubileyi ilə bağlı rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, onunla bağlı xatirələr və ədibin memuarları da yer alıb. Elektron bazada böyük dramaturqun əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr, ədibin sözlərinə yazılan mahnılar və haqqında çəkilən filmlərdən də bəhs edilib. Burada “Təltiflər”, “Vaqif Səmədoğlu medalı”, “İzomateriallar”, “Video və foto qalereya” kimi bölmələr də yer alıb.

Məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.