İyunun 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş musiqi alətləri ilə tanışlıq və interaktiv konsert keçirilib.
Bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və qiraətçi Hüseynağa Aslanovun təqdimatında Sergey Prokofyevin “Pyotr və Canavar” simfonik nağılı səslənib.
Konsertin sonunda balaca dinləyicilər musiqi alətləri ilə yaxından tanış olublar.