İyunun 3-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kolleci və Regional meşə təsərrüfatı mərkəzinin birgə əməkdaşlığı ilə “COP29-un müxtəlif aspektləri və qlobal iqlim gündəliyi” mövzusunda tədbir keçirilib.
Kollecdə keçirilən tədbirdə direktor müavini Dilarə Hüseynova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, 11 saylı Meşə təsərrüfatı mərkəzinin direktor müavini Elgün Əliyev və kollecin müəllimi Xatirə Məmmədova çıxış ediblər.
Bildirilib ki, bu ilin noyabrında ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən əhəmiyyətli tədbiridir və bu tədbirə Azərbaycanın ev sahibi seçilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir.
Tələbələri maraqlandıran suallar cavablandırılıb.