Azərbaycan Dövlət Akademik Filarmoniyası iyun repertuarını açıqlayıb.

Filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.

10 iyun – Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert

12 iyun – Rusiya səfirliyi, Bakıda Rus Evinin “Musiqi dilində” tədbiri

13 iyun – T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin konserti

14 iyun – F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin müşayiəti ilə məşhur bəstəkar Yirumanın əsərlərinin ifası

18 iyun – Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərini çıxışı

20 iyun – RED Events- konsert

21 iyun – Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin konserti

22 iyun – RED Events- konsert

24 iyun – “Yeni adlar” layihəsi çərçivəsində Bakı Kamera Orkestrinin konserti

25 iyun – Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbi (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

27 iyun – Xalq artisti, xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsert (F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı)

30 iyun – RED Events- konsert.