Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzi Xalq şairi Hüseyn Arifin (1924–1992) anadan olmasının 100 illiyi münasibətilə tədbir təşkil edib.

Tədbirin aparıcısı şairin ömür yolundan, yaradıcılığından söz açıb. Əməkdar mədəniyyət işçisi, Yazıçılar Birliyinin üzvü, şair Məzahir Hüseynzadə Hüseyn Arif haqqında xatirələrini bölüşüb.

Bədii hissə müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılarla davam edib.  Aşıqların ifa etdikləri saz havaları da alqışlarla qarşılanıb.

İştirakçılar Şəmkir rayon MKS-nin təşkil etdiyi “Hüseyn Arif – 100” adlı kitab sərgisi ilə tanış olublar.

***

Tovuz rayon Mərkəzi Kitabxanasında isə Xalq şairi Vaqif Səmədoğlunun (1939–2015) 85 illiyi ilə əlaqədar sərgi və əsərlərinin biblioqrafik icmalı təşkil edilib.

Tədbirdə Vaqif Səmədoğlunun yaradıcılığından söhbət açılıb. Vurğulanıb ki, ədibin özünəməxsus fərqli yumoru, üslubu, əsərlərində xalq ləhcəsindən, şivəsindən məharətlə istifadə etməsi oxucularda böyük maraq doğurur. Onun “Külək”, “Generalın son əmri”, “Yaşıl eynəkli adam”, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu” və digər əsərləri geniş oxucu kütləsini özünə cəlb edib.

N.Məmmədli