Sabirabaddakı “Hophopnamə” kitab mərkəzində millət vəkili, yazıçı-publisist Aqil Abbas və tanınmış jurnalist, yazar, “Bizim yol” qəzetinin və saytının baş redaktoru Bahəddin Həzi ilə oxucuların görüşü keçirilib.

Tədbir Mil-Muğan RMİ və Mil-Muğan RGİİ-nin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Görüşdə Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirin moderatoru Kənan Səmədov yazarlar haqqında məlumat verib.

Aqil Abbas və Bahəddin Həzi Azərbaycanın yaxın tarixi ilə bağlı xatirələrini bölüşüblər, əsərləri ilə bağlı oxucuların suallarını cavablandırıblar.

Sonda hər iki müəllif kitablarını imzalayaraq iştirakçılara təqdim ediblər.

Nurəddin