Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı və bir neçə teatrda səhnələşdirilən “Qarınqulu ayı balası” əsəri Qax Dövlət Kukla Teatrında da oynanılacaq. Bu barədə teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, rəssamı Fidan Səbrili, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Azər Kərimov, Elnarə Razıyeva, Məlahət Məmmədova, İlmar Abdullayev, Cəbrayıl Quluşov, Elnurə Əliyeva, Fidan Mahmudzadə və Aynurə Abbasova ifa edirlər.

Tamaşa iyunun sonunda uşaqlara təqdim olunacaq.