Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında daha bir tamaşanın məşqləri gedir. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə yeni səhnə quruluşunu teatrın gənc baş rejissoru Mir Qabil Əkbərov verir.
Tamaşanın ikinci rejissoru muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşiyev (o həm də tamaşada rol alıb), səhnə tərtibatçısı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan MR-in Əməkdar artisti Azər Cəfərli, rejissor assistenti Mehri Nəbiyevadır.
Şeyx Nəsrullah rolunu Xalq artisti Rövşən Hüseynov, Kefli İsgəndəri aktyor Məmməd Mehdiyev oynayır. Bundan əlavə, tamaşada Xalq artistləri Rza Xudiyev, Yasəmən Ramazanova, Azərbaycanın Əməkdar artistləri Bəhruz Haxverdiyev, Əbülfəz İmanov, Naxçıvan MR-in Əməkdar artisti Günay Qurbanova, aktyorlar Nəsimi Məmmədzadə, Uğur Nəsirli, Ələsgər Quliyev, Anar Eyvazov, Saynur Babayev, Şölə Alışova, Ləman Vəliyeva və başqaları rol alıblar.