UNESCO-nun mənzil qərargahında Puşkin Günü və ya Rus Dili günü qeyd olunub.
Rusiya Federasiyasının, Qafqaz və Orta AsIya ölkələrinin UNESCO yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Rus Dili Günü məşhur rus şairi Aleksandr Puşkinin anadan olmasının 225-ci ildönümündə - iyunun 6-da hər il olduğu kimi bu il də təntənə ilə qeyd edilib.
Mərasimdə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev də çıxış edib.
Çıxış edənlər BMT-nin 6 rəsmi dili arasında olan rus dilinin geniş auditoriyası olduğunu vurğulayıblar. Rus dili və ədəbiyyatının dünya ədəbiyyatının inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Tədbirdə UNESCO-da akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Fransanın ictimai-siyasi və işgüzar dairələrinin, elm, mədəniyyət xadimləri, ekspertlər, KİV və rus icmasının nümayəndələri iştirak ediblər.
Rus Dili Günü çərçivəsində UNESCO-nun mənzil-qərargahında dilçilər və tərcüməçilər üçün “Rus ictimai-siyasi diskursunun xüsusiyyətləri” adlı seminar da təşkil edilib.