Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri Azərbaycanın Rus İcması nəzdində Rusiya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Ruhun bulaqları” (“Родники души”) adlı Rus mahnı və rəqslərinin XVIII Respublika baxış-müsabiqəsində uğurla iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən, məktəbin saksofon ixtisası üzrə V sinif şagirdləri Ayaz Əliyev III yer tutaraq laureat adına, Mariya Quşina isə diplomant adına layiq görülüb.
***
Məktəbin şagirdləri Rusiyada onlayn keçirilən “Yaşıl royal” (“Зелёный роял”) adlı gənc fortepiano ifaçılarının beynəlxalq müsabiqəsində də uğur qazanıblar. Əsnad Həsənzadə I dərəcəli diplom, Leyla Abbasova isə II dərəcəli diplomla təltif olunub.