VI “Muğam” Televiziya Müsabiqəsinin Qran-pri mükafatçısı, Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli ABŞ-də növbəti dəfə konsert proqramı ilə çıxış edib.

Konsert San-Fransisko şəhərində ABŞ-dəki Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilib. Onu pianoçu Elxan Baxışov müşayiət edib. Sevilən müğənni Almaxanım Əhmədlinin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Müstəqillik Günü münasibətilə təşkil olunan solo konsertdə çıxışçılar Azərbaycanın tarixindən, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətindən bəhs ediblər. Həmçinin ölkəmizin zəngin mədəni və tarixi irsi barədə məlumat veriblər.

Tədbir iştirakçıları həmçinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Müstəqillik Gününə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Qeyd edək ki, ötən il Ümummilli lider Heydər Əliyevin ABŞ-də keçirilən 100 illik yubiley tədbirlərində gənc ifaçı Almaxanım Əhmədli silsilə konsert proqramı ilə çıxış edib.