Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistanın Banqalor, Pune və Kəlkətə şəhərlərində ölkəmizin turizm imkanlarının təqdimatına həsr edilmiş tədbirlər, həmçinin Mumbay şəhərində şəbəkələşmə tədbiri təşkil edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Hindistanın 100-dən çox turizm nümayəndəsi ilə Azərbaycanı təmsil edən şirkətlər arasında əlaqələrin formalaşdırılması və genişləndirilməsi məqsədilə keçirilən görüşlərdə “Azərbaycan Hava Yolları” da daxil olmaqla, ümumilikdə 8 yerli tərəfdaş təmsil edib.
Səfər çərçivəsində Azərbaycan Turizm Bürosu tərəfindən Mumbay şəhərində 40-dan çox yerli media nümayəndəsinin iştirakı ilə mətbuat konfransı da təşkil olunub.