İyunun 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 18 iyun -  İnsan Hüquqları Günü ilə əlaqədar tədbir təşkil edilib.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bildirilib ki, hər kəsin doğulduğu andan toxunulmaz hüquqları və azadlıqları vardır və bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və onlar dövlət tərəfindən müdafiə olunur. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.