Turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları iyunun 10-da Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro arasında görüşdə müzakirə edilib.
Görüşdə hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-nin Dünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib.