Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi “Gəncin bir günü” devizi altında incəsənət sahəsi üzrə ustad dərsləri təşkil edib.

Rəsm müəllimi Lalə Nəzərova “Rəssamlıqda incə cizgilər”, musiqiçi Aysel Nərimanova “Mövzu: səs”, rəqs müəllimi Gündüz Babayev “Milli rəqsin sirləri” mövzularında təqdimatla çıxış ediblər.

Ustad dərslərində peşəkarlar həm mövzu haqqında danışıb, həm də gənclərin iştirakı ilə praktiki təcrübələr həyata keçiriblər.

“Gənclər üçün inkişaf düşərgəsi” layihəsi çərçivəsində dərslər növbəti mərhələdə yeni mövzularla davam edəcək.