Saatlı rayon Nəsimikənd kənd Folklor evi, kənddəki “Adıgün” Mədəniyyət evi və kənd orta məktəbinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırlanmış tamaşanın nümayişi olub.
Qeyd edək ki, Nəsimikənd mədəniyyət müəssisələri tərəfindən “Vaqif” dramı ilk dəfə 1983-cü ildə səhnələşdirilib. 41 ildən sonra yeni tamaşanın təqdimatına o vaxt müxtəlif obrazları canlandıran və kənddə yaşayan insanlar dəvət olunub.
Məktəblilər və mədəniyyət işçilərinin əməyi nəticəsində ərsəyə gələn səhnə işi maraqla qarşılanıb.