Neftçala rayon Heydər Əliyev Mərkəzinin 10 illiynə həsr olunan tədbir keçirilib. Tədbirdə rayonun icra başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Şahin Şahbazov, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda Heydər Əliyev mərkəzlərinin fəaliyyəti, o cümlədən rayon və şəhərlərin mədəni həyatında rolu barədə danışılıb. Bildirilib ki, Neftçala rayon Heydər Əliyev Mərkəzi 28 may 2014-cü il tarixində ölkə başçısı İlham Əliyevin rayona səfəri zamanı onun xeyir-duası ilə fəaliyyətə başlayıb. Mərkəzdə ötən illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər, fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verilib.
Tədbir musiqi nömrələri ilə davam edib, Salyan Dövlət Kukla Teatrı kollektivinin ifasında “Sülh naminə birləşək” kompozisiyası təqdim olunub.
Mərkəzlə əməkdaşlıqda xüsusi fəallıq göstərən qurumlar və mərkəzin əməkdaşları təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.