Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan qəsəbə Mədəniyyət evində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “İdman gimnastikadan başlayır” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb. Qeyd olunub ki, 1993-cü ilin 14 iyun tarixində Ulu öndərin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edib, davamlı inkişafımızın təməlini qoyub.

Tədbirin bədii hissəsində Mədəniyyət evinin “Şən gimnastlar”ı bir-birindən maraqlı çıxışlar təqdim ediblər.

Sonda iştirakçılara diplomlar təqdim olunub.