Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı regionlara təşkil olunan qastrol səfərləri çərçivəsində Quba şəhər Mədəniyyət evində Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşasını nümayiş etdirib.

Səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır. Rolları Vahid Orucoğlu, Anar Seyfullayev, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Səbinə Məmmədzadə, İlqarə Tosova və Zümrüd Quliyeva oynayırlar.

Azyaşlıların böyük sevincinə səbəb olan tamaşanın nümayişində qazi və şəhid övladları da iştirak ediblər.