İyunun 14-də Muzey Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə musiqi gecələri"nin növbəti portret-konserti keçiriləcək.

"Ustaddan tələbəyə" adlı budəfəki konsertin solisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Raul Hüseynovdur.

Raul universitetdə gitara aləti üzrə təhsil alır. İxtisası üzrə müəllimi Elmar Sultanovdur. Konsertdə xarici ölkə bəstəkarları ilə yanaşı Fərəc Qarayev, Firəngiz Əlizadə, Rəhilə Həsənova, Aliyə Məmmədova, Türkər Qasımzadə və Ayaz Qəmbərlinin də gitara üçün əsərləri ifa olunacaq.

Muzey Mərkəzində (3-cü mərtəbə, Akt zalı) keçiriləcək konsertə giriş sərbəstdir.

Lalə