AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Türkiyə Cümhuriyyəti Qazi Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 9-10-da Ankarada böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar “Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək.

Bu barədə institutdan bildirilib. Simpoziumda iştirak etmək istəyənlər iyulun 30-dək məruzələrinin tezislərini göndərə bilərlər. Avqustun 30-da isə tezislərin qəbul olunması haqqında iştirakçılara məlumat veriləcək.

İştirakı təsdiqlənən məruzəçilər məruzənin tam mətnini konfransda iştirak etdikdən sonra oktyabrın 25-dək göndərməlidirlər.

Simpoziumla bağlı əlavə məlumatla Əlyazmalar İnstitutunun saytında tanış olmaq mümkündür.