Dünya İqtisadi Forumunun dərc etdiyi hesabatda 2024-cü ildə ən yaxşı turizm iqtisadiyyatına malik ölkələrin siyahısına da yer verilib.
Səyahət və turizmin inkişafı indeksi üzrə müəyyən olunan ölkələr siyahısında ilk onluqda Avropadan 6 ölkə var.
Siyahıya isə ABŞ başçılıq edir. Ondan sonra ilk onluğa daxil olan ölkələr İspaniya, Yaponiya, Fransa, Avstraliya, Almaniya, Böyük Britaniya, Çin, İtaliya və İsveçrədir.
İndeksdə ölkələrin turizm sektorlarına diqqət yetirilib, hava limanları, quru nəqliyyatı və limanlar, təbii və mədəni sərvətlər, sabitlik və təhlükəsizlik, qiymət rəqabəti və destinasiyaların turizmə açıqlığı kimi amillər də nəzərə alınıb.
Dünya İqtisadi Forumunun hesabatında turizm sənayesini gözləyən problemlərə də toxunulub. Ən böyük problemlər kimi işçi çatışmazlığı, uçuş marşrutlarının tələbi ödəyə bilməməsi və yüksək inflyasiya göstərilib.